Real Madrid hücum xəttini yığmaqda qərarlıdır. Bunun üçün təkcə Mbappeni almaq yox, həm də Vinisius Junioru saxlamaq lazımdır. İnsayderin sözlərinə görə, Real Madrid braziliyalı ilə müqaviləni 2029-cu ilə qədər uzatmaq niyyətindədir.
Mənbə bildirib ki, Vinisiusu saxlamaq üçün klub ciddi xərclər çəkməyə və hücumçunun maaşını demək olar ki, potensial yeni gələn Kilian Mbappenin səviyyəsinə çatdırmağa hazırdır.
Daha əvvəl bildirilmişdi ki, Real Madrid Vinisiusa ildə 15-20 milyon avro ödəməyi planlaşdırır.
Xatırladaq ki, “Real Madrid” 23 yaşlı hücumçunun müqaviləsini 2018-ci ilin yayında 45 milyon avroya braziliyalı “Flamenqo”dan almışdı. O vaxtdan bəri Vinisius Madrid klubunda 253 oyun keçirib, 77 qol vurub və 72 məhsuldar ötürmə edib.
Hücumçunun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Vinisius bu mövsüm bütün turnirlərdə Real Madridin heyətində 18 matçda 8 qol vurub və 28 məhsuldar ötürmə edib.